Yaponiyada baş nazir Kişida Fumionun katibi və böyük oğlu Kişida Şotaro rəsmi iqamətgahda verdiyi əyləncəyə görə işdən çıxarılacaq.

"Unikal" xəbər verir ki, bu  barədə BBC məlumat yayıb. 

Bildirilir ki, Yaponiyanın milli "Şukan Bunşun" jurnalı “Kishida Şotaro baş nazirin rəsmi iqamətgahında qonaqlıq verib” xəbəri ölkədə gündəm yaradıb.  Bundan sonra oğlu Kişidaya lazımi xəbərdarlıq etdiyi bildirilən Yaponiya baş naziri, məsələ ilə bağlı yeni qərar verdiyini açıqlayıb.

Baş nazir oğlu Kişidanın rəsmi iqamətgahda davranışının onun katiblik titulu və ictimai məsuliyyətinə görə yersiz olduğunu vurğulayıb. O, öz oğlunu  iyunun 1-də vəzifəsindən azad ediləcəyini bildirib.  

Baş nazir Kişida, "Təyinatın məsuliyyəti təbii ki, mənə aiddir və bunu ciddiyə alıram. Əzmlə irəliləyərək vəzifələrimi yerinə yetirmək istəyirəm" ,- deyə ifadə edib. 

Yaponiyanın Dövlət Televiziyası NHK bildirib ki, Kişida Şotarodan əvvəl eyni vəzifədə olan Yamamoto Takayoşi yeni dövrdə katib vəzifəsinə təyin olunacaq.

Gülayə Mecid