Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının Ukraynadan çıxarılmasından sonra Rusiya lideri Vladimir Putinlə görüş barədə danışmağa hazır olduğunu bildirib.

"Unikal" xəbər verir  ki, o, bu barədə Cənubi Koreyanın “Çosun İlbo” nəşrinə müsahibəsində deyib.

Prezident vurğulayıb ki, Putin iki il ərzində onunla ünsiyyətdən, hətta telefon danışıqlarından da yayınıb. Onun sözlərinə görə, Putinin deməyə sözü yoxdur.

 Bundan əlavə, Zelenski Rusiya prezidentinin növbəti hədəfinin adını çəkib. “Putinin növbəti hədəfi Belarusdur. O ( Rusiya, - red. ) Belarus metallurgiyasını mənimsəyir”, - deyə Zelenski əlavə edib.

Məlumat üçün bildirək ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin sonuncu dəfə 2019-cu ilin dekabrında Parisdə “Normand dördlüyü” liderlərinin görüşündə bir araya gəliblər. 

Seymur Əli