Ermənistanda eks-deputat, JEAS-ın keçmiş rəhbəri Mihran Poqosyan bir ton kokainə görə axtarışa verilib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. 

Aparılan istintaq çərçivəsində Ermənistanın “Mrgeni” şirkətinin faktiki sahibi M.P.-yə, həmin şirkətin direktoru L.A. və anbar müdiri S.G. narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsində və xüsusilə külli miqdarda satmaqda şübhəli bilinib.  

Onun barəsində həbs qətimkan tədbiri seçilib. 

Gülayə Mecid