"ABŞ Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında Kişinyovda məhsuldar görüş gözləyir".

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

O, tərəflər arasında danışıqların davam etdiyini bildirib: "Biz şadıq ki, Ermənistan və Azərbaycan arasında dialoq davam edir. Dövlət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülh əldə edilə bilər. Biz bu yaxınlarda baş nazir Nikol Paşinyanın sülhə sadiqliyinə görə minnətdarlığımızı bildirdik və prezident İlham Əliyevin amnistiyanın mümkünlüyü ilə bağlı son açıqlamalarını alqışladıq. 

Ermənistan və Azərbaycan liderləri bu həftə sonu Kişinyovda avropalı tərəfdaşlarımızla görüşəcəklər. Və ümid edirik ki, bu, danışıqlar masası arxasında problemlərin zorakılıq yolu ilə həlli üçün deyil, məhsuldar addım olacaq", - Miller yazıb. 

Ağarza Elçinoğlu