Kino tarixinin ən önəmli aktyorlarından biri və Hollivudun "Dad", "Scarface" və "The Devil's Advocate" kimi simvolik filmlərinin ulduzu Al Paçinonun 4-cü dəfə ata olacağı bildirilib. 

"Unikal" xəbər verir ki,  83 yaşlı aktyorun sevgilisi Nur Əlfullahın 8 aylıq hamilə olduğu bildirilib. Körpənin cinsiyyəti açıqlanmayıb.

Bu, Al Paçinonun 33 yaşlı qızı Culi və 22 yaşlı əkizləri Oliviya və Antondan sonra dördüncü övladı olacaq.