Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov vurğulayıb ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Çeçenistandakı müharibəyə görə Moskvadan və Rusiya Federasiyasının prezidenti Vladimir Putindən qisas almalıdır. 

 "Unikal" xəbər verir ki, o, bu barədə öz “Twitter” səhifəsində yazıb.

“Kadırov şəxsən Moskvadan və Putindən qisas almalı, Ukraynanı təhdid etməməlidir. Çeçenləri öldürən və məhv edən ruslardır. Çeçen torpağına əsrlər boyu əsarət, minlərlə qətlə yetirilən, işgəncələrə məruz qalan qadın və uşaq, şəhərin dağıdılması, murdarlanmış əcdad məzarları gətirən ruslardır", - Danilov vurğulayıb.

Gülayə Mecid