"Vladimir Putin heç bir müharibəni uduzmayıb".

"Unikal" xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda "The Wall Street Journal" nəşrinə müsahibəsində bildirib. 

O, Rusiyanın Ukraynaya qarşı müharibədə itkisini etiraf etməməyə çağırıb: "Bu gün deyirlər ki, Vladimir Putin müharibəni uduzdu, onun məğlubiyyəti isə Finlandiyanın NATO-ya qoşulmasıdır, baxmayaraq ki, uzun illər fin xalqı neytrallıqdan əl çəkib-çəkməməkdə tərəddüd edirdi. Xanımlar və cənablar, Vladimir Putin heç bir müharibəni uduzmayıb".

Polşa lideri qeyd edib ki, o, Putinin uduzacağına ümid edib: "Ruslar üçün insan həyatı heç bir əhəmiyyət kəsb etmir, ukraynalılar üçün hər həyat qızıldan dəyərlidir. Onlar fərqli mədəniyyətlərdir. Rusiya nüvə fövqəldövlətidir, onun böyük silah ehtiyatı var. Amma biz buna gülürük ki, 1960-cı illərin tankları meydana çıxarılır".

Ağarza Elçinoğlu