Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Qeyd olunub ki, “Cümhur İttifaqı"ndan prezidentliyə namizəd, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib. “Millət İttifaqı"ndan prezidentliyə namizəd, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu isə 47,81 faiz səs toplayıb.

***09:21

Bu gün Türkiyədə Prezident seçkilərinin yekun nəticələri açıqlanacaq.

"Unikal" xəbər verir ki, Türkiyə Ali Seçki Komissiyası (YSK) bu gün Prezident seçkilərinin ikinci turunun yekun nəticələrini açılayacaq.