Türkiyənin Bursa şəhərində idmançıları daşıyan mikroavtobus qazıntı maşınına çırpılıb. 

"Unikal" xəbər verir ki, İnegöl rayonunda baş verən qəzada Abdülcelil Ər Bayram adlı məşqçi ölüb, 16 nəfər isə yaralanıb. 

Yaralılar İnegöl Dövlət Xəstəxanasına aparılıb. 

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Ağarza Elçinoğlu