Moskva hücumu davam etdirmək üçün "Vaqner"i Çeçenistan lideri Ramzan Kadırovun bölmələri ilə əvəz etmək istəyir.  

"Unikal" xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir. 

Qeyd olunur ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov, "Vaqner" döyüşçülərinin Baxmutdan çıxarılmasından sonra Ukraynada hücum əməliyyatlarına başlamaq üçün Kremldən göstəriş alıb.

"Kadırov bildirib ki, çeçen qüvvələri yeni əmr alıb və Ukraynanın Donetsk vilayətində cəbhə xəttinə görə məsuliyyəti öz üzərinə götürüb. Onun sözlərinə görə, çeçen bölmələri aktiv döyüş əməliyyatlarına başlamalı və bir sıra yaşayış məntəqələrini azad etməlidir", - hesabatda qeyd olunub.

Gülayə  Mecid