Ermənistanın baş naziri Nikol Paşinyan Kişinyovda “Avropa siyasi birliyi”nin Zirvə toplantısında iştirak üçün Mimi qəsrinə gedib.

"Unikal" xəbər verir ki,  Ermənistanın baş naziri jurnalistlərin yanından keçib və onların suallarını cavablandırmaqdan çəkinib.  Bununla yanaşı, Paşinyanın AQS sammitinə gülləkeçirməz jiletdə gəlməsi jurnalistlərin diqqətindən yayınmayıb.  

Bu barədə rus teleqram kanalları videogörüntü paylaşıb.   

"Son saniyələrə diqqət yetirin - Paşinyanın kürəyinə. Gödəkçənin altında gülləkeçirməz jileti görə bilərsiniz!", - kanallardan biri yazıb. 

 Gülayə Mecid