"Ukraynada hərbi əməliyyatlar zamanı Rusiyanın qalib gələcəyinə şübhə yoxdur".

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin çoxuşaqlı ailələrlə söhbəti zamanı deyib. 

Onun sözlərinə görə, rus hərbçiləri öz torpaqlarını və xalqlarını müdafiə edirlər və buna görə də qələbədən başqa nəticə ola bilməz.

Görüş iştirakçılarından biri Rusiya lideri ilə söhbəti zamanı Rusiyanın qələbə qazanacağını bildirib: "Elədir, belə də olacaq. Şübhəsiz, ona görə ki, biz öz torpağımızı, xalqımızı, dəyərlərimizi qoruyuruq. Burada heç bir şübhə yoxdur, hətta danışılası heç nə yoxdur". 

Ağarza Elçinoğlu