BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Avropa Komissiyasının Bolqarıstanın Sofiya şəhərində keçirilən 68-ci iclasında Azərbaycan təşkilatın İcraiyyə Şurasının üzvü seçilib.

"Unikal" xəbər verir ki, Avropa regionu üzrə üzvlüyə ayrılmış 5 vakant yerə Azərbaycanla birgə Türkiyə, İsrail, Albaniya, Bolqarıstan, Çexiya, İtaliya, Litva, Slovakiya, Ukrayna və Özbəkistan öz namizədliklərini irəli sürüb.

Gərgin keçən seçkilərdə namizədliklərini irəli sürmüş 11 ölkədən qalib olaraq Azərbaycanla yanaşı, Avropa İttifaqına üzv 4 ölkə (Litva, Çexiya, İtaliya, Bolqarıstan) seçilib.