Kriminal aləmdə daha çox "Arsen  İrəvanski" kimi tanınan "qanuni oğru" Arsen Mkrtçyan İrəvanda saxlanılıb. 

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki,  bu barədə onun vəkili Varduhi Elbakyan məlumat yayıb. 

Onun sözlərinə görə, "İrəvanski"yə qarşı cinayət işi Ermənistanda deyil, Rusiyada açılıb. 

"Rusiyada başlanmış cinayət işi üzrə axtarış elan edilib. O, ekstradisiya üçün saxlanılıb", - Elbakyan əlavə edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, o, adam oğurluğu və narkotik alveri ilə məşğuldur. Ermənistan vətəndaşı Rusiyanın Kaluqa və Moskva vilayətlərində xüsusi “nüfuz”a malikdir.

Gülayə Mecid