Azərbaycan millisinin heyəti açıqlanıb.

"Unikal"ın məlumatına görə, baş məşqçi Canni de Byazi AVRO-2024-ün seçmə mərhələsinin növbəti matçında güvənəcəyi futbolçuları müəyyənləşdirib. İtaliyalı mütəxəssis milliyə 25 futbolçu dəvət edib.

Yığmamız iyunun 6-dan gündəlik məşqlər keçirəcək. Milli komanda iyunun 13-dən təlim-məşq toplanışına başlayacaq.

Qeyd edək ki, komandamız iyunun 17-də, “Dalğa Arena”da Estoniya yığması ilə qarşılaşacaq.