Azərbaycan cüdoçusu Turan Bayramov Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran-pri turnirində gümüş medal qazanıb.
"Unikal"xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançı final qarşılaşmasında neytral statusda güləşən Ramazan Abdullayevlə üz-üzə gəlib. Rəqibinə ipponla uduzan Bayramov ikinci yerlə kifayətlənib.
Yarışın ilk günündə Azərbaycan millisinin ümumilikdə 7 üzvü tatami üzərinə çıxıb. Kişilərdən Turan Bayramovla yanaşı, Yaşar Nəcəfov (66 kq) da finala yüksəlib. Qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) qızıl medal görüşünə vəsiqə qazanıb.
Rövşən Əliyev (60 kq), Ruslan Paşayev (66 kq), Leyla və Könül Əliyevalar (hər ikisi 48 kq) turniri medalsız başa vurublar.