"Qarabağ" klubu yay transfer dönəmində ilk transferini açıqlayıb.
"Unikal" xəbər verir ki, "Zirə"dən ayrılmış Hamidu Keyta ilə üç illik müqavilə imzalanıb.
28 yaşlı fransalı hücumçu Ağdam təmsilçisində 17 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Hamidu Keyta ötən ilin əvvəlində "Zirə"yə keçmişdi.