Bu gün "Bakcell Arena"da AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə toplantısı keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə AFFA-nın saytına qeyd olunub.
İclasda 2023/2024-cü il mövsümündən etibarən Azərbaycan çempionatında 10 klubun iştirakı ilə II Divizion turnirinin keçirilməsi ilə bağlı müvafiq işlərin görülməsi üçün AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına tapşırıq verilib.