Fransa təmsilçisi Paris Saint-Germain (PSJ) argentinalı ulduz futbolçu Lionel Messinin komandadan ayrıldığını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə klub sosial şəbəkədə məlumat yayıb. 

36 yaşlı Messi PSJ karyerasında 74 rəsmi matçda 32 qol vurub və 35 məhsuldar ötürmə edib.

Argentinalı ulduz futbolçunun keçmiş komandası "Barselona"ya qayıtmaq istədiyi bildirilsə də, Kataloniya komandasının maddi sıxıntıları səbəbindən bu, hələlik real görünmür. 

Ağarza Elçinoğlu