Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kabinetin yeni üzvlərinin adlarını ictimaiyyətə açıqlayıb.

"Unikal" xəbər verir ki, Çankayadan edilən açıqlamada hökumətin yeni kabineti bəlli olub. 

Yeni nazirlər bunlardır: 

Vitse-prezident - Cövdət Yılmaz; Ədliyyə naziri - Yılmaz Tunç; Ailə və Sosial Siyasətlər Naziri – Mahinur Özdəmir Göktaş; Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri - Vedat İşıqhan; Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri - Mehmet Özhaseki; Xarici işlər naziri - Hakan Fidan; Enerji və Təbii Sərvətlər naziri - Alparslan Bayraktar; Gənclər və İdman Naziri - Osman Aşkın Bak; Xəzinə və maliyyə naziri - Mehmet Şimşək; Daxili işlər naziri - Əli Yerlikaya; Mədəniyyət və Turizm naziri - Mehmet Nuri Ərsoy; Milli Təhsil Naziri - Yusif Təkin; Milli Müdafiə naziri - Yaşar Gülər; Səhiyyə naziri - Fəxrəddin Qoca; Sənaye və Texnologiya naziri – Mehmet Fatih Kaçır; Kənd və Meşə Təsərrüfatı naziri - İbrahim Yumaqlı; Ticarət naziri - Ömər Bolat; Nəqliyyat və İnfrastruktur naziri - Abdulqədir Uraloğlu.

***23:05

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin yeni kabinetini açıqlayır. 

"Unikal" xəbər verir ki, Türkiyə lideri açıqlamasını Çankayadan edir. 

Ağarza Elçinoğlu