İranın dəstəklədiyi yaraqlılar silah və narkotik maddələrin daşınması üçün İŞİD tunellərindən istifadə edir.

"Unikal" xəbər verir ki, dərc edilən məlumata görə, İŞİD tərəfindən 2014-2017-ci illərdə İraqda salınan tunellərin bir qismi, İran İslam Respublikasına bağlı silahlı qruplaşmalar tərəfindən silah və narkotik maddələrin daşınması üçün anbar və saxlanc məkanlarına çevrilib. 

İŞİD-ə qarşı beynəlxalq koalisiyanın sözçüsü Selena Rodes “İran İnternational”-a müsahibəsində “əldə edilən məlumatı qəbul etdiyini” deyib və onlar haqqında araşdırma aparacağına söz verib.