Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukraynada hərbi əməliyyatı sona qədər aparmalı olduğunu, alternativin olmadığını deyib.

"Unikal" xəbər verir ki, Kremlin rəsmi nümayəndəsinin sözlərinə görə, Kiyevə Qərb silahlarının, o cümlədən uzaqmənzilli raketlərin tədarükü “məcburi gərginlik spiralında növbəti dönüşə” gətirib çıxaracaq.

“Bu, yəqin ki, bir daha bizi daha toplanmış, daha güclü, daha səfərbər olmağa, başlanmış işi davam etdirməyə məcbur edir”, - deyə Peskov vurğulayıb.