Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 209 940 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 837 tank, 7 512 zirehli maşın, 3 555 artilleriya sistemi, 583 reaktiv yaylım atəşi sistemi, 344 hava hücumundan müdafiə sistemi, 313 təyyarə, 298 helikopter, 3 175 PUA, 1 132 qanadlı raket, 18 gəmi/qayıq, 6 305 avtomobil texnikası və avtosistern, 479 xüsusi texnikadan ibarətdir.