Polşa paytaxtı Varşavanın mərkəzində müxalifətin təşkil etdiyi kütləvi nümayiş başlayıb.

"Unikal" xəbər verir ki, aksiya təşkilatçılar tərəfindən "YouTube"da canlı yayımlanır.

Nümayişi respublikanın keçmiş Baş naziri, Avropa Şurasının keçmiş rəhbəri Donald Tuskun və ən böyük Polşa müxalifət partiyası “Vətəndaş Platforması” həyata keçirir. Aksiya 1989-cu il iyunun 4-də ölkədə keçirilən ilk qismən azad parlament seçkilərinin ildönümünə təsadüf edir.

Qeyd edək ki, təşkilatçıların fikrincə, bu, “bahalığa, yaramazlığa və yalana qarşı, azad seçkilər və demokratik Avropa Polşası uğrunda” aksiyadır.