8-18 iyun tarixlərində Kubanın paytaxtı Havanada Beynəlxalq Ağır Atletika Federasiyasının Qran-Pri yarışı keçiriləcək.

"Unikal" xəbər verir ki, Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 72 ölkədən 409 atletin iştirak edəcəyi gözlənilir. Yarışda Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.

Heyət aşağıdakı kimidir:

Ömər Cavadov (73 kq), Əli Şükürlü və Dadaş Dadaşbəyli (hər ikisi - 102 kq).