"Bizim üçün dövlət borcunun çox olması qəbuledilməzdir.
"Unikal" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib.
O bildirib ki, Azərbaycanın borclanmaları götürərkən konkret hədəfləri və strategiyası var.
“Bu gün də biz bu strategiyaya uyğun tədbirlərimizi həyata keçiririk. Əksər kredit reytinq agentlikləri Azərbaycana kredit verərkən ilk olaraq bizim borc vəziyyətimizi təhlil edir”, - deyə nazir əlavə edib.
Anar Kəlbiyev