ABŞ İranın ballistik raket proqramı ilə bağlı İran, Çin və Honq-Konqda 7 fiziki şəxs və 6 qurumdan ibarət şəbəkəyə sanksiya tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Xəzinədarlıq Departamentinin saytı məlumat yayıb. Şəbəkənin İranda ballistik raket hazırlayanlar üçün əsas hissələrin və texnologiyanın alınmasına kömək etdiyi bildirilir.