“İrəvanda həqiqətən də Moskvanın ünvanına çıxışlar səsləndirilir, ona görə də Rusiya tərəfi Ermənistanı normal dialoqa çağırır”.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“İstərdim ki, adıçəkilən şəxs (Armen Qriqoryan – red.) qərar versin, ya Ermənistan tərəfi ilə baş tutacaq normal dialoq, ya da buna bənzər bəyanatlar. Biz brincini seçirik. Kommunikasiyaların açılması mövzusuna gəlincə, bu məsələ Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri tərəfindən işlənir. Ona görə də kənardan belə şərhlərə cavab verməyi düzgün hesab etmirəm. Bu, müvafiq nümayəndələrin səlahiyyətindədir”, - deyə Zaxarova bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanla əlaqələrin açılması məsələsində yalnız Ermənistan sərhəd xidmətini həyata keçirəcək.