Bakı şəhərinin Sabunçu rayonunda ondoqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus mənzildə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Bu barədə "Unikal"a FHN-dən bildirilib.
Yanğın nəticəsində mənzilin mətbəxində 6 m² sahədə stol, aspirator və soyuducu qismən yanıb. Yüksək temperaturdan mətbəx mebeli qarsalanıb.
Yanğınsöndürənlərin səyi sayəsində mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.