Avrasiya İqtisadi Birliyinin digər üzv ölkələri ilə iqtisadi əməkdaşlıq çərçivəsində Ermənistan logistik problemlərlə üzləşir.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Aİİ hökumətlərarası şuranın geniş iclasında bildirib.

"Artıq atılan addımlara baxmayaraq, hələ də müəyyən çətinliklərlə üzləşirik. Bu baxımdan mən logistika zəncirlərinin gücləndirilməsi, nəqliyyat infrastrukturunun inkişafı və modernləşdirilməsi məsələlərində üzv dövlətlər arasında əməkdaşlığın vacibliyini vurğulamaq istərdim", - deyə Paşinyan qeyd edib. 

Baş nazir vurğulayıb ki, Ermənistan nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, müvafiq inteqrasiya layihələrinin həyata keçirilməsi, xüsusilə Şimal-Cənub və Şərq-Qərb strateji istiqamətlərinin inkişafı üçün şəraitin təmin edilməsi üçün səylər göstərir.

Ağarza Elçinoğlu