"Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına dəstək vermək vacibdir".
"Unikal" xəbər verir ki, bunu Bakıda keçirilən MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclasından sonra MDB Sərhəd Qoşunları Komandanları Şurasının Əlaqələndirmə Xidmətinin sədri, general-polkovnik Aleksandr Manilov deyib.
Manilov Ermənistan nümayəndələrinin bu görüşdə iştirakını alqışlayıb.
"Ümid edirəm ki, Ermənistanda keçiriləcək növbəti görüşdə Azərbaycandan da nümayəndə heyəti iştirak edəcək", - o vurğulayıb.
Qeyd edək ki, bu gün Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 86-cı iclası keçirilir. İclasda Ermənistan, Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan sərhəd xidmətlərinin nümayəndələri də iştirak edir.