Federal böyük münsiflər heyəti ABŞ-nin keçmiş prezidenti Donald Trampı vəzifədən getdikdən sonra saxladığı məxfi sənədlərlə işləməkdə ittiham edib. 

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, eks-prezidentə qarşı yenidən cinayət işi qaldırılıb.

Tramp özü sosial şəbəkədə ona qarşı irəli sürülən ittihamları təsdiqləyib. Ona iyunun 13-də Mayamidəki federal məhkəməyə getmək əmri verilib. 

"Mən günahsız insanam", - deyə keçmiş prezident "Truth" sosial platformasında yazıb.

Faktiki ittiham aktı hələlik gizli saxlanılır. 

Qeyd edək ki, 2022-ci ildə ABŞ hökuməti Trampın Mar-a-Laqo malikanəsindən 300-dən çox məxfi sənəd, o cümlədən bəzi çox məxfi materiallar ələ keçirib.

Ağarza Elçinoğlu