İraqın şimalındakı Pəncə-Kilit bölgəsində "Bayraktar" TB 2 pilotsuz uçuş aparatının (PUA) hava zərbələri nəticəsində 2 PKK terrorçusu zərərsizləşdirilib. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlayıb. 

Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatları qətiyyətlə davam etdirəcək.

Ağarza Elçinoğlu