"Kiyev və Moskva müharibənin məqsədlərini dəyişərsə, danışıqlar mümkündür".

"Unikal" xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov "Ukraynanın bərpası üzrə dialoqlar" adlı tədbirdə çıxış edərək bildirib.

Reznikov bildirib ki, Ukraynanın bu münaqişədə marağı bütün qonşularla normal, mehriban qonşuluq şəraitində yaşamaqdır. O, həmçinin Asiya-Sakit Okean regionu ölkələrinin rəhbərlərinə müraciət edərək, Rusiyanın müharibənin ilkin məqsədlərinin ölkənin demilitarizasiyası və denazifikasiyası olduğunu qeyd edib.

Reznikovun sözlərinə cavab olaraq Dövlət Dumasının deputatı Aleksey Çepa çıxış edib. O, etiraf edib ki, Ukrayna ilə danışıqlar çərçivəsində Rusiya müəyyən güzəştlərə gedə bilər. Eyni zamanda o qeyd edib ki, Moskva bir sıra əsas məsələlərdə güzəştlərə razı olmayacaq.

Ağarza Elçinoğlu