Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı qaçırmağa cəhd etdiyi deyilən Qayane Martirosyan təqsirli bilinib.
"Unikal" erməni KİV-ə istinadla xəbər verir ki, 44 günlük müharibədə ölən Jora Martirosyanın anası Qayane Martirosyan 4 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə ölkəni tərk etməmək şərti ilə bir il sınaq müddəti təyin edərək cəzanı şərti olaraq tətbiq etməyib.
Martirosyan barəsində seçilmiş həbs-qətimkan tədbiri götürülüb, o, məhkəmə zalından buraxılıb.
Ağarza Elçinoğlu