Almaniya Federativ Respublikasının Bonn şəhərində 5-15 iyun tarixlərində keçirilən  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 58-ci sessiyası çərçivəsində ikitərəfli görüşlər davam edir.

"Unikal" xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin Səhralaşmaya qarşı mübarizə konvensiyasının baş katibi cənab İbrahim Tiav və Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Konvensiyanın Tərəflər Konfransında iqlim üzrə danışıqların aparılması üzrə məsul şəxs xanım Hanna Alhaşimi ilə görüşüb.

Görüşlər zamanı iqlim dəyişmələri gündəliyi və birgə fəaliyyət istiqamətləri müzakirə olunub.