80 illik yubileyinə on gün qalmış danirmarkalı müğənni və aktyor Piter Belli vəfat edib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, sənətçi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Bellinin əsl adı Corc Piter Brandtdır. O, 60-cı illərdə Danimarkanın ilk rok ulduzu kimi tanınırdı.
1967-ci ildə müğənni radioya verdiyi müsahibədə narkotikdən istifadə etdiyini etiraf etmişdi. Bu açıqlamadan sonra Piter bir ay həbs cəzası almışdı.