Fransa Prezidenti Emmanuel Makron və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə İran prezidentinin aparat rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi “Twitter“də paylaşım edib.
Bildirilir ki, telefon danışığı 90 dəqiqə davam edib. Tərəflər qarşılıqlı fəaliyyətin davam etdirilməsi, xüsusi ilə də sanksiyaların aradan qaldırılması və regional məsələlərlə bağlı danışıqlar barədə razılığa gəliblər.