"Kiyev lazım gələrsə, meşə yanğınlarının söndürülməsində Kanadaya kömək etməyə hazırdır".

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Kanadanın baş naziri Castin Trüdo ilə görüşündə deyib. 

"Kanada belə bir beynəlxalq yardıma ehtiyacı olarsa, Ukrayna yanğınların söndürülməsinə kömək etməyə hazırdır" , - Zelenski qeyd edib.  

Onun sözlərinə görə, Kanadada irimiqyaslı meşə yanğınları böyük təbii itkilərə səbəb olur və insanları təhlükə altına alır.

Xatırladaq ki, Kanadada tüğyan edən meşə yanğınları ilə əlaqədar  Nyu-Yorkda 1960-cı illərdən bəri ən pis hava keyfiyyəti qeydə alınıb. Nyu-York şəhəri və əyalət rəsmiləri vətəndaşları evlərində qalmağa və küçələrə çıxmamağa çağırıb. Şəhərdə görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi ilə əlaqədar federal hakimiyyət orqanları Nyu-Yorkun LaGuardia hava limanının işini dayandırıb.