Kahramanmaraşda 110 681 bina inşa olunacaq.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib.
"Ziyan dəymiş 558 219 bina sökülüb. Növbəti 4 ay ərzində isə 29 601 binanın söküntüsü yekunlaşmalıdır", - deyə nazir bildirib.
Qeyd edək ki, bu ilin fevralın 6-da Türkiyənin Kahramanmaraş və 11 bölgəsində 7,7 bal gücündə güclü zəlzələlər olub. Nəticədə 50 mindən çox insan təbii fəlakətin qurbanı olub.