Çempionlar Liqasının final matçının keçirildiyi Türkiyənin İstanbul şəhərindəki "Atatürk" stadionunun yaxınlığında yanğın baş verib.

"Unikal" haberler.com-a istinadən xəbər verir ki, yanğın plastik fabrikin damında baş verib. Tüstü buludları stadiona da çatıb.

Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın söndürülüb.