Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra ilk xarici səfərini yeni həftədə edəcək.
"Unikal" “TRT Haber”ə istinadən xəbər verir ki, ənənəni pozmayan Prezident Ərdoğan iyunun 12-də Şimali Kipr Türk Cümhuriyyətində, 13 iyun çərşənbə axşamı isə Azərbaycanda görüşlər keçirəcək.
Prezident Ərdoğan yeni həftənin ilk günü Şimali Kipr Türk Respublikasına gedəcək və Prezident Ersin Tatarla görüşəcək. Türkiyə Prezidenti Türkiyənin Kipr məsələsi və Şərqi Aralıq dənizindəki yol xəritəsi ilə bağlı mesajlar verəcək.
Prezident Ərdoğan çərşənbə axşamı, iyunun 13-də isə Azərbaycana səfər edəcək.
O, həmkarı İlham Əliyevlə görüşəcək. İki lider Ankara-Bakı xəttində əməkdaşlığın daha da artırılmasını qiymətləndirəcəklər.
Qeyd edək ki, Ərdoğan və İlham Əliyev Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişi də müzakirə edəcəklər. Qafqazda daimi sülh və sabitliyin təmin olunması üçün mesajlar veriləcək.