Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko ölkəmizə Ukraynaya növbəti humanitar yardım göndərdiyinə görə təşəkkür edib.
"Unikal" xəbər verir ki, Aİ səfiri bu barədə tviterdəki hesabında yazıb.
“Ukraynaya növbəti humanitar yardım göndərdiyi üçün Azərbaycana dərin minnətdarlıq və təşəkkür edirəm. O, dəhşətli cinayətin fəsadlarına, Kaxovka (Kaxovka su elektrik stansiyasının (SES) bəndinin dağıdılması – red) bəndinin dağıdılmasına müqavimət göstərməyə kömək edir.
Rusiya təcavüzkarları cavab verəcəklər. Mülki infrastrukturun məhv edilməsi müharibə cinayətidir”, - Peter Mixalko qeyd edib.