Əminəm ki, bu səfər ölkələrimiz arasında tərəfdaşlıq, dostluq və qardaşlıq zəminində qurulmuş münasibətləri möhkəmləndirəcək.
"Unikal" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə geniş tərkibdə görüşdə deyib.
Baş Nazirlə ikitərəfli münasibətlərin geniş gündəliyini müzakirə etdiklərini söyləyən dövlət başçısı ölkələrimizin suverenliyinə və ərazi bütövlüyünə güclü dəstəyi bir daha təsdiqlədiklərini qeyd edib.