"Bu gün sərhəd bölgələrimizdə işğalçı Ermənistan dövləti tərəfindən və onu dəstəkləyən qüvvələr tərəfindən Azərbaycanın orada suveren hüquqularını həyata keçirməsinə mane olacaq addımlar atılır. Azərbaycan dövləti də qətiyyətlə bu addımların cavabını verir.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, Laçın postunda da təxribatın qarşısı da alınıb: "Orada hərbçilərimizin taleyini həm də burada düşünməliyik. Tez-tez yutub kanallarında və başqa yerlərdə də hərbçilərimiz pensiya hüquqlarının təmin olunması istiqamətində məsələ qaldırırlar, burada olan problemlərdən danışırlar. Maaşlarda olan artırmların onların pensiyasına şamil edilməməsini qeyd edirlər. 2006-cı ilə qədər hərbi xidmət keçmiş şəxslərin sığorta kapitalının yığılmaması hesabına onların pensiyalarında dəyişiklik olmadığı barədə fikirlər bildirirlər. Burada haqlı tələblər çoxdur. Bu gün birinci zərbəni Sərhəd Qoşunlarının əsgər və zabitləri, üzərinə alır. Əlahiddə şəraitdə xidmət edən insanların əslində hansısa təminatla bağlı şikayəti olmamalıdır. Bu istiqamətdə mexanizm yaratmalıyıq. Hərbçilər bizim üçün ən öndə gələn təbəqədir".
Anar Kəlbiyev