Ölkəyə gətirilən dərman vasitələri üçün tələb olunan ƏDV-lərin ləğvi təklif olunur.

"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin bügünkü iclasında deputat İlham Məmmədov çıxış edib.

O bildirib ki, 100 manatlıq dərman vasitəsi üçün 18 manat ƏDV ödəməli olurlar:

"Faktiki olaraq da məhsul bazara çıxmamış artıq 118 manat olur. Bu da istər-istəməz həmin dərmanların ölkəyə gətirilməsi üçün marağı azaldır. Gələcəkdə bu sahədə müvafiq addımların atılması ilə böyük miqdarda boşluqların ortadan qaldırılmasına və ölkədəki dərman qıtlığının aradan qaldırılmasına təsir göstərmiş olarıq”.