Naxçıvan Muxtar Respublikası Baş nazirinə müavin təyin edilib.

"Unikal" xəbər verir ki, bu vəzifəyə Bəxtiyar İbrahim oğlu Məmmədov gətirilib.

 B.Məmmədov bu gün kollektivə təqdim edilib.

Qeyd edək ki, Bəxtiyar Məmmədov 1971-ci ildə anadan olub. Azərbaycan Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirdikdən sonra “Azərneftyağ” NEZ-də əmək fəaliyyətinə başlayıb, 2015-ci ilə kimi zavodda müxtəlif vəzifələrdə çalışıb. 2015-2016-cı illərdə Heydər Əliyev adına NEZ-də şöbə rəisinin müavini, 2016-2019-cu illərdə isə Karbamid Zavodunun baş mühəndisi – direktor müavini işləyib.

Yeni vəzifəyə təyin olunana qədər isə SOCAR-ın Neft Emalı Zavodunun direktoru vəzifəsində çalışıb.