Gədəbəy rayonunun Söyüdlü kəndində baş vermiş məlum hadisəni əks etdirən görüntülərlə bağlı “AzerGold” QSC-nin heç bir bağlılığı yoxdur.

"Unikal" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sözçüsü Ariz Tarverdiyev bildirib.

"Şirkətimizə ünvanlanan çoxsaylı sorğuları nəzərə alaraq, ictimaiyyətdə yanlış fikrin formalaşmasının qarşısını almaq üçün bir daha bəyan edirik ki, Gədəbəy rayonunda qızıl yataqlarının işlənilməsini ölkəmizdə fəaliyyət göstərən digər dağ-mədən şirkəti həyata keçirir", - deyə o qeyd edib.