Rusiya ABŞ prezidenti Co Baydenin Çin prezidenti Si Cinpinin diktator olması ilə bağlı sözlərinə münasibət bildirib.

"Unikal" TASS-a istinadən xəbər verir  ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə danışıb. 

Kreml sözçüsü qeyd edib ki, Vaşinqton ziddiyyətli və gözlənilməz xarici siyasət yürüdür. 

Amerika lideri daha əvvəl bildirmişdi ki, Si Cinpinin hava şarının insidentinə dair bütün məlumatı yoxdur və bu səbəbdən o, “çox üzülür”, çünki bu, “diktatorlar üçün böyük biabırçılıqdır”.

Çin Xarici İşlər Nazirliyi Baydenin bəyanatını absurd, son dərəcə məsuliyyətsiz, həmçinin açıq siyasi təxribat adlandırıb.