Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) növbəti məhkəmə prosesi keçirilib.

"Unikal" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, Rəşad Dağlının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti məhkəmə prosesi iyulun 28-də olacaq.